Kiçik ada üzərində nəhəng sərgi mərkəzi - FOTO
Bizi izləyin

Dünya

Kiçik ada üzərində nəhəng sərgi mərkəzi - FOTO

Çinin “2DEFINE Architecture” kompaniyasının mütəxəssisləri konfrans və sərgi keçirilməsi məqsədilə İnkou şəhərində iri mərkəzin layihəsini reallaşdırıblar.

AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, unikal yumru bina şəhərin biznes mərkəzinin yaxınlığında yerləşən sahilyanı zonanın diqqət çəkən elementlərindən birinə çevrilib.

Bununla da 2 milyonluq şəhər ümumi sahəsi 70 min kvadratmetr, hündürlüyü 45 metr olan gözəl arxitekturaya malik 4 mərtəbəli binaya sahib olub. Bina həm də 130 min kvadratmetr ərazidə, süni adada tikilib.

Mərkəzdə 25 min kvadratmetrlik sərgi zalı, işgüzar görüşlər üçün yer, 200 nəfərlik mühazirə və 900 nəfərlik banket zalı fəaliyyət göstərir. Muzey yerləşən ada sahillə 4 zolaqlı avtomobil yolu ilə birləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm