Ukraynanın sərhədinə iki min kilometr uzunluğunda hasar çəkəcək
Bizi izləyin

Dünya

Ukraynanın sərhədinə iki min kilometr uzunluğunda hasar çəkəcək

Ukrayna hökuməti Rusiya ilə sərhəddə təhlükəsizlik hasarının tikintisinə dair qərarı və smetanı təsdiqləyib.

Baş nazır Arseni Yatsenyukun imzaladığı müvafiq sənəd Nazirlər Kabinetinin portalında yerləşdirilib. Sənəddə əsasən hasarın çəkilməsinə 2015-ci ildə 50 milyon dollar, 2019-cu ilədək isə ümumilikdə 200 milyon dollar vəsait ayrılıb.

Hərbi əməliyyatların keçirildiyi ərazilərdə, həmçinin Krimın yaxınlığında - Ukrayna ilə Rusiya sərhədində çəkiləcək hasarın uzunluğu iki min kilometr olacaq. Bundan əlavə, sərhəddə tanklar üçün sığınacaqlar, 17 metr hündürlüyündə müşahidə qüllələri, siqnalizasiya və sərhədçilər üçün dayaq məntəqələri də quraşdırılacaq.

Rusiya ilə sərhəddə təhlükəsizlik hasarının çəkilməsi ideyasını ilk dəfə o vaxtlar Dnepropetrovsk vilayətinin qubernatoru olan İqor Kolomoyski irəli sürüb. Sonralar bu planı Prezident Petr Poroşenko və Baş nazir Arseni Yatsenyuk da dəstəkləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm