İnşaat şirkətinin rəhbəri ailəsi ilə birgə qətlə yetirildi
Bizi izləyin

Dünya

İnşaat şirkətinin rəhbəri ailəsi ilə birgə qətlə yetirildi

ABŞ-ın paytaxtı Vaşinqtonda evlərdən birində “American Iron Works Savvas Savopolus” (Savvas Savopoulos) inşaat şirkətinin başçısı, onun arvadı, on yaşlı oğlu və qulluqçunun cəsədləri tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər ki, onlar ABŞ-ın vitse-prezidenti Cozef Baydenin evinin yaxınlığında yaşayırdılar.

İstintaqın məlumatına görə, cinayətkarlar mayın 14-də evə soxularaq evdəkiləri öldürüb və daha sonra evi yandırıblar. Vaşinqton polisinin başçısı Keti Lenyer bildirib ki, qurbanlar bıçaq və küt alətlərlə öldürülüb. Onun sözlərinə görə, evdən benzin qoxusu gəlirdi.

Qonşulardan biri qeyd edib ki, küçədə itini gəzdirən zaman tüstü qoxusu hiss edib. Yanğın evin ikinci mərtəbəsində başlanıb. O, bir neçə dəfə qapını döysə də, içəridən heç kim cavab verməyib. Hadisə yerinə çağırılan həkimlər və yanğınsöndürənlər qapını sındıraraq içəri daxil olublar. Yanğını söndürmək üçün 25 dəqiqə kifayət edib. Yanğın söndürüləndən sonra isə cəsədlər aşkarlanıb.

Cinayətin motivləri haqqında məlumat yoxdur. Ailənin iki qızı isə hadisənin baş verdiyi vaxt məktəb-pansionatda olduğu üçün sağ qala biliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm