Barak Obama və xanımının sərvəti açıqlandı
Bizi izləyin

Dünya

Barak Obama və xanımının sərvəti açıqlandı

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obamanın maliyyə aktivləri 1,9 milyon dollardan 6,9 milyon dollara qədər qiymətləndirilir.

Publika.az xəbər verir ki, bu barədə “The Hull” nəşri ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi maliyyə hesabatına istinadən yazıb.

Açıqlanan rəqəm 2014-cü ilə aiddir. Bəyannaməyə əsasən, prezident ailəsinin aktivlərinin çox hissəsi ABŞ Federal Xəzinəsi tərəfindən buraxılmış qiymətli kağızların payına düşür. Onların dəyəri isə 1,25 milyon dollardan 5,25 milyon dollara qədərdir.

Ailə aktivlərinin qalan hissəsi təqaüd fondu və uşaqların təhsilinin ödənişi üçün istifadə olunan əmanət hesablarındadır. Prezidentin ailəsinin Çikaqo şəhərində bir evi var. Onun alınması üçün ipotekanın ölçüsü 500 mindən bir milyon dollara qədər təşkil edib.

Barak Obamanın “Ümidin hünəri” (The Audacity of Hope) və “Atamın xəyalları” (“Dreams from my farher”) kitablarının satışı ailəyə 130 min dollar gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm