“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik“ - AÇIQLAMA
Bizi izləyin

Dünya

“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik“ - AÇIQLAMA

“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik“ - AÇIQLAMA

Qafar Əliyev: "Soydaşlarımız Ukraynanın müstəqil və güclü olması üçün çalışmalıdılar"

"Ukrayna Azərbaycana doğma ölkədir. Biz dost dövlətin ərazi bütövlüyünün pozulmasını istəmirik. Çünki özümüz də bu problemi yaşamışıq. Biz Ukraynanı suveren, müstəqil, güclü dövlət kimi görmək istəyirik. Eyni zamanda regionda strateji müttəfiqlərimizdən olan Rusiya ilə Ukrayna arasında münasibətlərin gərginləşməsinin də əleyhinəyik".

Bu barədə Teleqraf.com-a açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib.

Azərbaycanın sülh və dostluq tərəfdarı olduğunu deyən Q.Əliyev vurğulayıb ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi region üçün arzuolunan deyil: "Eyni zamanda biz Ukrayna xalqının siyasi iradəsinə hörmətlə yanaşırıq. Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin müstəqil və güclü olması üçün çalışmalıdılar. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, müstəqilliyinin saxlanılması beynəlxalq aləmin diqqətindədir. Soydaşlarımız Ukrayna dövlətinə dəstək verirlər.

Biz həmçinin Ukraynada yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasında maraqlıyıq. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun rəhbəri kimi Ukraynadakı azərbaycanlıların mövqeyi məni qane edir. Bu mövqe Azərbaycanın milli maraqlarına tam uyğundur. Azərbaycan separatizmin, müharibənin əleyhinədir".

Q.Əliyev qeyd etdi ki, Rusiya-Ukrayna münasibətlərinin qısa müddət ərzində nizama düşəcəyinə ümid edir: "Ukraynada baş verən dəyişikliklər qanun çərçivəsində həll olunacaq. Biz Ukraynada sabitliyin, əminamanlığın yaranmasını istəyirik. Bu ölkə ilə əməkdaşlığımızı davam etdirəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm