Pentaqon Almaniyadakı hərbi bazalarından birini təhvil verir
Bizi izləyin

Dünya

Pentaqon Almaniyadakı hərbi bazalarından birini təhvil verir

ABŞ Almaniyanın Ştutqart şəhərində yerləşən hərbi bazasının fəaliyyətini dayandırır.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) xəbərində deyilir.

Hərbi baza Almaniya hökumətinə 2015-ci ilin sonuna kimi qaytarılacaq. Pentaqon qeyd edib ki, bazanın qaytarılması ABŞ-ın milli maraqlarına təsir etməyəcək.

Qeyd edək ki, Almaniyada ABŞ-ın hərbi hava qüvvələrinin 6, quru qoşunlarının isə 22 bazası yerləşir. Amerikanın Almaniyada 110 mindən çox hərbi qüvvəsi var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm