Ukraynada kommunizm qadağan olundu
Bizi izləyin

Dünya

Ukraynada kommunizm qadağan olundu

Ukraynanın ədliyyə naziri Pavel Petrenko Poroşenkonun dekommunizasiya haqqında imzaladığı qanunları «tarixi hadisə» adlandırıb.

Publika.az-ın məlumatına görə, nazir Facebook səhifəsində yazıb ki, artıq gələn həftə müstəqilliyinin 24-cü ilində Ukraynada kommunist ideologiyası qanunsuz sayılacaq.

O qeyd edib ki, Kommunist Partiyasının qadağan edilməsi haqda məhkəmə prosesi ədliyyə sistemindəki korrupsiyaya və hakimlərin dövlət üçün mühüm qərarlarla bağlı məsuliyyəti boyunlarına götürməyə hazır olmadıqları üçün dalana dirənib.

Bununla belə, ədliyyə naziri əmindir ki, indiki Ukrayna rəhbərliyi «cinayətkar kommunist ideologiyası ilə mübarizəni məntiqi sonluğa çatdıra biləcək».

Rusiya Dövlət Dumasının deputatı Frans Klintseviç bildirib ki, dekommunizasiya haqda qanunları imzalamaqla Poroshenko «gec partlayan mina» qoyub. Onun fikrincə, bu sənədlərin imzalanması «prezidentin açıqca millətçi qüvvələr tərəfində oynadığını sözdən daha yaxşı ifadə edir».

Mayın 15-də Ukrayna prezidenti Ali Radanın apreldə qəbul etdiyi «Kommunist və nasist totalitar rejimlərin mühakiməsi və onların rəmzlərinin qadağan edilməsi», «Repressiya orqanlarının arxivinə çıxış», «XX əsrdə Ukrayna müstəqilliyi uğrunda mübarizə aparanların hüquqi statusu və xatirəsi» haqqında qanunları imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm