12 yaşlı qız 8 nəfəri öldürdü
Bizi izləyin

Dünya

12 yaşlı qız 8 nəfəri öldürdü

Nigeriyanın şimal-şərqində mühüm strateji yaşayış qəsəbəsi hesab edilən Damaturda 12 yaşlı kamikadze qız üzərindəki bombanı patladıb. Partlayış zamanı 8 nəfər ölüb və 31 nəfər isə yaralanıb

. Xəstəxanada yerləşdirilən yaralılar arasında vəziyyəti daha ağır olan 2 nəfər dünyasını dəyişib.

Şahidlərin dediyinə görə, kiçik yaşlı kamikadze hicabının altında gizlətdiyi bombanı insanların daha sıx olduğu ticarət mərkəzində partladıb.

Bildirilib ki, Boko Haram radikal islamçılardan ibarət qrup çox vaxt terror aktı törətmək məqsədilə gənc qızlardan istifadə edirlər. Cari ilin fevralında kamikadze qadının törətdiyi partlayış nəticəsində də 7 nəfər qətlə yetirilib və 32 sakin isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm