İran regionu nəzarət altında saxlamaq niyyətində deyil
Bizi izləyin

Dünya

İran regionu nəzarət altında saxlamaq niyyətində deyil

İran İslam Respublikası regionu nəzarət altında saxlamaq və hər hansı bir dövlətə hücum etmək niyyətində deyil.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Zavad Zərif Almaniyanın “Şpigel” jurnalına verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, regionun bəzi dövlətləri İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılmasını istəmirlər. “Onlar qorxurlar İran bölgəni nəzarət atına alıb digər dövlətlərə təzyiq edəcək. Lakin rəsmi Tehran nüvə proqramı ilə əlaqədar danışıqlar prosesinə başlamaqla digər dövlətlərə təsir etmək yox, dünyaya inteqrasiya etmək məqsədlərini güdür”, - deyə o bildirib.

M.Z. Zərifin sözlərinə görə, nüvə proqramı ilə əlaqədar aparılan danışıqlarda “altılıq” dövlətləri vahid mövqedən çıxış etmirlər: “Lozannada keçirilən görüşlərdə ümumi prinsiplər razılaşdırılıb. İndi isə imzalanması nəzərdə tutulan yekun müqavilənin mətni üzərində iş aparılır. Bu mətnin maddələri elə hazırlanmalıdır ki, sənəd İranla yanaşı, ABŞ-ı, Fransanı, Böyük Britaniyanı, Çini, Almaniyanı və Avropa İttifaqının digər üzvlərini qane etsin”.

İranlı nazir danışıqların tərəflər üçün uğurla nəticələnəcəyinə inandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm