Dünya
Kadırov: "Amerika Tsarnayevdən terrorçu düzəldib"
Çeçenistan respublikaasının prezidenti Ramzan Kadırov Bostonda terror aktı törətməkdə ittiham olunan çeçen əsilli Cohar Tsarnayevin cinayətin əsas iştirakçısı olduğuna inanmır.
Publuika.az-ın məlumatına görə, Kadırov bu
barədə öz İnstagram səhifəsində yazıb. Onun fikrincə Tsarnayev ABŞ
xüsusi xidmət orqanlarının qurbanı olub.
"Cohar Tsarnayev haqqında ölüm hömü qərarı verilib... Bu xəbər heç
kimi təəccübləndirmədi. Amerika xüsusi xidmət orqanları üçün Boston
faciəsinə görə qurban lazım idi. Bəli, mən terrorizmə qarşı ciddi
mübarizə tərəfdarıyam. Terrorçuluqla əlaqəsi olan istənilən insan
zərərsizləşdirilməlidir. Amma mənim terrorçuluqla mübarizə adı
altında tamaşa oynayanlar xoşuma gəlmir", - deyə Kadırov İnstagram
səhifəsində yazıb.
Qeyd edək ki, mayın 16-da ABŞ-ın Boston şəhər məhkəməsi Cohar
Tsarnayev haqqında ölüm hökmü qərarı verib.
Xatırladaq ki, 2013-cü il aprelin 15-də Boston marafonunun
finişində törədilən partlayışların qurbanı üç insan olub, 264 nəfər
yaralanıb. Partlayıcı maddəni Cohar Tsarnayev və onun böyük
qardaşı, polislə atışmada həlak olan Tamerlan Tsarnayev işə
salmışdı. Cohar Tsarnayev bir polisin qətlində də günahkar
bilinirdi.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!