Ramadidən qaçanlar Bağdada buraxılmır
Bizi izləyin

Dünya

Ramadidən qaçanlar Bağdada buraxılmır

İŞİD terrorçuları ilə qruplaşması ilə İraq ordusu arasında döyüşlər yenidən qızışıb.

İraq ordusu ilə İŞİD silahlıları arasında gedən döyüşlər Ramadi şəhərinin əhalisini öz yaşayış yerlərini tərk etməyə məcbur edib. Yüzlərlə sakin sığınacaq üçün paytaxt Bağdada üz tutub. Lakin güllə yağışından canlarını götürüb qaçanları təhlükəsizlik qüvvələri nə Bağdada, nə də ətraf ərazilərə buraxıb. Qaçqınlar Bağdad şəhərindən 65 kilometr məsafədə Fərat çayı sahilində saxlanılıb. Ənbar əyalətinin qubernatoru bu hadisə ilə bağlı Bağdada gedərək, ölkə rəsmiləri qaçqınların təhlükəsiz bölgələrə buraxılması məqsədilə danışıqlar aparıb. İraqın qərbində Ənbar əyalətinin mərkəzi olan Ramadi şəhərinin böyük hissəsin bir neçə gün əvvəl İŞİD silahlılarının nəzarətinə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm