İŞİD-in Avropa planı açıqlandı - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in Avropa planı açıqlandı - FOTO

İŞİD silahlıları qaçqın adı ilə Avropaya yerləşirlər.

Publika.az xəbər verir ki, bu barədə BBC-yə Liviya hökumət nümayəndəsi bildirib. Dövlət müşaviri Abdul Basit Harun söyləyib ki, qaçaqmalçılar İŞİD terrorçularını qeyri-leqal mühacir daşıyan gəmilərdə gizlədirlər. Məmurun sözlərinə görə, bunu cihadçıların nəzarət etdiyi Şimali Afrika bölgələrində qayıq sahibləri etiraf edib.

Harun deyib ki, İŞİD öz adamlarını Avropaya göndərmək üçün katerlərdən istifadə edir. “Avropa polisi İŞİD silahlılarını adi qaçqınlardan ayırmaq iqtidarında deyil”, - dövlət məmuru bildirib.

O qeyd edib ki, cihadçılar Avropaya keçmiş üzvlərindən gələcəkdə hücumlar təşkil etmək üçün istifadə etmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm