Suriyanın kimyəvi silah arsenalının məhvinə dair yeni qrafik açıqlandı
Bizi izləyin

Dünya

Suriyanın kimyəvi silah arsenalının məhvinə dair yeni qrafik açıqlandı

Suriyanın kimyəvi silahları 2014-cü il aprel ayının sonuna kimi ölkədən tamamilə çıxarıla bilər.Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, kimyəvi silahların altıncı partiyası bu həftə ərzində Suriyanın Latakiya limanına çatdırılacaq. İndiyə kimi kimyəvi silah arsenalının 35 faizindən çoxunun məhv edildiyi bildirilir. Yeni qrafikə əsasən əlçatmaz yerlərdə olan kimyəvi preparatlardan başqa kimyəvi silahların ölkədən çıxarılması 13 Aprel tarixinə kimi başa çatdırılmalıdır.

KSQT-nin Suriyanın kimyəvi silah arsenalının məhvinə dair qəbul etdiyi ilkin layihədə kimyəvi silahların 31 Dekabr 2013-cü il tarixinə kimi Suriyadan çıxarılması və 2014-cü ilin fevralın 5-nə kimi məhv edilməsi nəzərdə tutulurdu. Ancaq ölkədəki qeyri-stabil vəziyyət layihənin qrafik üzrə həyata keçirilməsinə imkan verməyib.

Bəzi mənbələr isə iddia edir ki, Suriya rejimi kimyəvi silah arsenalının bir hissəsini İran və Livana daşımağa imkan tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm