Türkiyə F-16-ları İran təyyarəsini vurub
Bizi izləyin

Dünya

Türkiyə F-16-ları İran təyyarəsini vurub

Türkiyə hərbi hava qüvvələrinə məxsus F-16 qırıcılarının vurduğu pilotsuz kəşfiyyat təyyarəsini istehsal edən ölkənin adı açıqlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin hava sərhədini pozduğu üçün vurulan “Mohajer-4” tipli pilotsuz təyyarə İran istehsalıdır.

Xatırladaq ki, hadisə mayın 16-da baş verib. Suriya istiqamətindən gələn pilotsuz təyyarə xəbərdarlıqlara baxmayaraq, geri qayıtmayıb və bundan sonra Adanadan iki F-16 qırıcısı havaya qalxıb. “Mohajer-4” iki ədəd “AIM-9 Sidewinder” raketi ilə vurulub. Türkiyə sərhədindən 7 mil içəri daxil olan və təxminən 5 dəqiqə uçan pilotsuz kəşfiyyat təyyarəsi vurulduqdan sonra sərhədin Suriya tərəfinə düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm