MOSSAD-dan Xomeyninin öldürülməsini istəmişdi - İDDİA
Bizi izləyin

Dünya

MOSSAD-dan Xomeyninin öldürülməsini istəmişdi - İDDİA

İranda şahlıq dövrünün sonuncu baş naziri Şahpur Bəxtiyar İsrailin kəşfiyyat xidməti MOSSAD-dan İran islam inqilabının lideri Ayətullah Xomeyninin öldürülməsini xahiş edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə MOSSAD-ın keçmiş agentlərindən olan Yosso Alperin kitabında deyilir.

“İsrailin Orta Şərqdə müttəfiq axtarışı” adlı kitabındakı iddiaya görə, Bəxtiyar 1979-cu ilin yanvarında bir MOSSAD agenti olan Eliezer Tzafrirdən həmin vaxt Fransanın paytaxtı Parisdə yaşayan Xomeynini öldürməsini istəyib. Baş nazir İsrail agentindən istəyinin Təl-Əvivdəki MOSSAD səlahiyyətlilərinə çatdırılmasını xahiş edir.

Alperin yazdığına görə, MOSSAD-ın həmin vaxtkı direktoru Yitzak Hofi Xomeyninin öldürülməsinin etik olmadığını söyləyərək sui-qəsdə icazə verməyib. “Ancaq İran tərəfindən səsləndirilən bu istəyin yerinə yetirilməməsindən peşmanam”, - MOSSAD-ın keçmiş agenti kitabında yazıb.

İddiaya görə, İraq da İran şahı Məhəmməd Rza Pəhləvidən Xomeyninin edam edilməsi üçün İrana gətirilməsini istəmiş, ancaq Tehran Xomeyninin Fransada sürgündə qalacağını deyərək təklifi rədd etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm