• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dövlət Duması Nemtsovun işinin istintaqından imtina etdi

  • Dünya
  • 18 May 2015 15:58
  • 215 Baxış
Dövlət Duması Nemtsovun işinin istintaqından imtina etdi

Rusiya Dövlət Dumasının rəhbərliyi müxalifətçi Boris Nemtsovun qətlinin parlament araşdırmasına keçirilməsi barədə təklifi rədd edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində Dövlət Dumasının deputatı Dmitri Qudkov yazıb.

“İmtina belə əsaslandırılıb ki, parlament cinayət hadisələrinin araşdırmasında iştirak edə bilməz. Dövlət Dumasının əsaslandırmasının rus dilinə tərcüməsi bunu bildirir: Siz yalnız o həqiqəti qəbul edirsiniz ki, onu sizə danışmağa icazə verəcəklər”, - parlament üzvü qeyd edib.

Qudkov bildirib ki, Dövlət Duması tərəfindən istintaqa nəzarət edilməsi araşdırmanın nəticələrinə vətəndaşların etibarını artıracaq: “Bütün mədəni ölkələrdə bu araşdırmanın ən yüksək formasıdır. Bu, şəffaflıq və obyektivliyə nail olmağa, bütün qaranlıq məsələlərə cavab almağa imkan verir”.

Qeyd edək ki, Boris Nemtsovun qətlinin parlament araşdırmasına keçirilməsi barədə təklif Dövlət Dumasının sədri Sergey Narışkinə məhz Qudkov tərəfindən verilib.

Müxalifətçi Boris Nemtsov bu il fevralın 27-də Moskvanın mərkəzindəki Böyük Moskva çayı körpüsündə vurulub. Qətldə şübhəli bilinən beş nəfər həbs edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR