Moskva növbəti fakt qarşısında: Kreml buna nə deyəcək?
Bizi izləyin

Dünya

Moskva növbəti fakt qarşısında: Kreml buna nə deyəcək?

Ukraynada Donbas hövzəsində tutulan iki rusiyalı hərbçi cinayət məsuliyyətinə cəlb olunacaq.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentina Nalivayçenko bildirib.

Onun sözlərinə görə, saxlananlar diversiya-kəşfiyyat qrupuna daxildir. Valentina Nalivayçenko qeyd edib ki, diversiya-kəşfiyyat qrupunda saxlanılanlardan başqa, Rusiya Silahlı Qüvvələrinin 14 hərbi qulluqçusu var. Təhlükəsizlik Xidmətinin sədri onların üzərindən Rusiya istehsalı olan silahların götürüldüyün deyib.

“Onları Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (terror təşkilatına qoşulma) cinayət məsuliyyəti daşıyırlar. Hazırda onların ukraynalı əsirlərlə mübadiləsi məsələsinə baxılmır”, - Valentina Nalivayçenko bildirib.

Nalivayçenko bildirib ki, saxlananlar Rusiya Silahlı Qüvvələrinin Əsas kəşfiyyat məntəqəsinin xüsusi təyinatlı 3-cü briqadasında xidmət edirlər.

Xatırladaq ki, rusiyalı hərbçilər - Aleksandr Aleksandrov və Yevgeni Yeroveyev mayın 16-da “Aydar” könüllü batalyonun döyüşçüləri tərəfindən Luqansk vilayətində tutulub. Moskva rus hərbçisinin Donbas hövzəsində olduğu barədə Qərb və Kiyevin iddialarını yaxına buraxmır. Baxmayaraq ki, Rusiya hərbçilərinin Donbas hövzəsində vuruşduğunu göstərən konkret sübutlar, o cümlədən hərbi biletlər və rus hərbçilərinin adlarının olduğu siyahılar ortaya qoyulub. Hətta bir dəfə 8 rus hərbçisinin tutulmasına cavab olaraq, Moskva onların azaraq sərhədi keçdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm