Avropada yeni Maydan: çadır düşərgəsi və çağırılmayan Qərb rəsmiləri - VİDEO
Bizi izləyin

Dünya

Avropada yeni Maydan: çadır düşərgəsi və çağırılmayan Qərb rəsmiləri - VİDEO

Makedoniyada hadisələr getdikcə nəzarətdən çıxmağa başlayır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, müxalifət tərəfdarları gündüz Hökumət Evi qarşısında genişmiqyaslı etiraz aksiyasından sonra da ərazini tərk etməyərək gecəni çadır düşərgəsində keçiriblər.

Dünən ölkənin aparıcı müxalifət partiyası olan Sosial-Demokratik İttifaqının təşkil etdiyi etiraz mitinqində on minlərlə insan iştirak edib. Etiraz mitinqini dəstəkləmək üçün Skopyeyə Avropa Parlamentinin bir neçə deputatı gəlib. Mitinqdə həmçinin Bolqarıstanın sabiq baş naziri Sergey Stanişev də iştirak edib.

Mitinq iştirakçıları 2006-cı ildən Makedoniyanın baş naziri olan Nikola Qruevskiyin istefasını tələb ediblər. “Hələlik, Nikola!” və “Senzura qadağan edilsin” kimi şüarlar səsləndirən insanlar həmçinin Makedoniya və Albaniyanın bayraqlarını qaldırıblar. Sosial-Demokratik İttifaqın lideri Zoran Zayev söz verib ki, hakimiyyətə gələcəyi halda Makedoniya Avropa Birliyi və NATO-da öz yolunu davam etdirəcək. O, həmçinin yeni iş yerləri və fabrikləri açmağa, milliyyəti və dini ayrı-seçkilik olmadan hər kəs üçün demokrat cəmyyət quracağına söz verib.

Müxalifət lideri mitinqi başa çatdırdıqdan sonra hökumətin istefasına qədər müddətsiz aksiyanın başlandığını elan edib.

Gecəni çadır düşərgəsində keçirən siyasətçinin tərəfdarları RİA agentliyinə danışıb ki, onlar evdən isti geyim və yorğan gətiriblər.

Əlavə edək ki, çadır düşərgəsinin qurulması və avropalı parlamentarilərin mitinqdə çıxış etməsi heç də yad mənzərə deyil. Ukraynadakı Maydan hadisələrində hökumətlə danışıqlara gələn Avropa siyasətçiləri, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland nümayişçilərə də baş çəkməyi unutmamışdı. Nuland hətta nümayişçilərə bulka də paylamışdı.

Çadır düşərgəsi və avropalı parlamentarilərin mitinqdə çıxış etməsi Ukraynada olduğu kimi proseslərin dönməz olduğu mesajını verir. İlk növbədə rəsmi Skopye ilə yaxın münasibətləri olan Moskvaya.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm