Zorlandıqdan sonra 42 il komada yatan qadın vəfat etdi - FOTOLAR
Bizi izləyin

Dünya

Zorlandıqdan sonra 42 il komada yatan qadın vəfat etdi - FOTOLAR

Hindistanın Mumbay şəhərindəki xəstəxanada işləyən tibb bacısı 42 illik komadan sonra bu gün vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aruna Şanbaug 1973-cü ildə iş zamanı zorakılığa məruz qalıb. Belə ki, xidməti zamanı qadını Valmiki adlı dalandar zorlayıb. Bu azmış kimi kişi tibb bacısını it zənciri ilə boğub öldürməyə də cəhd edib. Nəticədə, başından ağır zədə alan qadının beyin hüceyrələri zədələnib və 42 il müddətinə vegetativ vəziyyətə salıb. Eyni zamanda qadın sol gözündən görmə qabiliyyətini də itirib.

Keçən həftə Şanbauga pnevmoniya diaqnozu qoyulub və o, son günlərini aparatda keçirib.

Şanbaugun başına gələn hadisələr Hindistanda evtanaziya məsələsini də gündəmə gətirib. Belə ki, tibb bacısının yaxınları onun həyatının uzadılması üçün boru vasitəsilə qidalanmanı dayandırmağı tələb edib. Bununla belə, Hindistanın Ali Məhkəməsi, Şanbauqun əzablarına son qoyacaq evtanaziya qanununu qəbul etməyib. Şanbaugun ailəsi onun aparat altında yaşaması üçün maddi dəstək göstərə bilmədiyi üçün, 40 il onun qulluğunda dayanan tibb bacılarının etirazına səbəb olub.

Qadını zorlayan Valmiki isə günahkar bilinərək həbs olunub. O, həbs müddətini başa vurduqdan sonra yaşadığı ərazidən köçərək yeni həyata başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm