• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramadiyə 3 min şiə könüllüsü gətirilib

  • Dünya
  • 19 May 2015 00:27
  • 359 Baxış
Ramadiyə 3 min şiə könüllüsü gətirilib

İraqın Ənbar əyalətinin mərkəzi - Ramadi şəhərini İŞİD qruplaşmasından geri almaq üçün bölgəyə 3 min şiə könüllüsü gəlib.

Publika.az-ın məlumatına görə, İraqın Müdafiə Nazirliyi orduya və könüllülərə dəstək üçün bölgəyə 200 tank və piyadaların döyüş maşını göndərib. Hərbi texnika artıq şəhərin yaxınlığındakı Əl-Xabaniya yaşayış məntəqəsinə yerləşdirilib.

Xatırladaq ki, İŞİD qruplaşması mayın 15-nə keçən gecə Ramadi şəhərinə miqyaslı hücumlara başlayıb və onun əksər hissəsini ələ keçirib. Mayın 17-də şəhər üzərində nəzarətə tam yiyələnən yaraqlılar İraq ordusunun Ənbar komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR