
ABŞ-ın Texas ştatında rəqib motesikletçi qruplar arasında baş verən atışmaya görə, 192 adam cinayət məsuliyyətinə cəlb olunub.
Publika.az-ın məlumatına görə, mayın 17-də Vako şəhəri yaxınlığındakı ticarət mərkəzində baş verən atışmada 9 nəfər ölüb. Ölənlərin hamısı bir qrupun üzvləridir.
Bundan başqa 18 nəfər bıçaq və güllə yaraları ilə xəstəxayana yerləşdirilib.