Çində parkinq göydələn - FOTO
Bizi izləyin

Dünya

Çində parkinq göydələn - FOTO

Çinin meqapolis şəhərlərində avtomobil sıxlığı problemini aradan qaldırmaq üçün parkinq binasının-göydələnin layihəsi hazırlanıb.

“Mozhao Studio” arxitektura şirkətinin mütəxəssisləri nəhəng avtomobil parkinqi ilə yanaşı, burada çoxfunksiyalı ictimai zonalar da yaradıblar.

Göydələnin yuxarı mərtəbəsində- şəhərə və dənizə gözəl mənzərə açılan yerdə kafe fəaliyyət göstərəcək. Qeyri- iş günlərində parkinqdə bir çox yerlərin boş qalacağını nəzərdə tutan layihə müəlliflərinin fikrincə, aşağı mərtəbələri həmin müddətdə yarmarkaların ixtiyarına vermək olar. Əsas məsələlərdən biri də burada kiçik biznesin inkişaf etdirilməsidir.

Binanın aşağısında avtomobillər üçün parkinq adi, yuxarı mərtəbələrində isə avtomatlaşdırımış qaydada –xüsusi liftlərlə həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm