Rus hərbçiləri üçün: “Bu, sənin müharibən deyil” – VİDEO
Bizi izləyin

Dünya

Rus hərbçiləri üçün: “Bu, sənin müharibən deyil” – VİDEO

İnternetdə Ukraynaya qarşı vuruşmaq istəməyən Rusiya hərbçiləri üçün video-təlimat yerləşdirilib.

Publika.az xəbər verir ki, təlimatda rusiyalı hərbçilərə Ukraynadakı müharibənin onların müharibəsi olmadığı bildirilir.

Təlimat üç əsas bənddən ibarətdir.

1.Heç bir müqavilə imzalamayın.

2.Əgər müqavilənin imzalanması üçün təkid edirlərsə və sizi hədələyirlərsə, səs-küy qaldır, qohumlara və dostlarına məlumat ver, sosial şəbəkələrdə yaz, nazirliyə zəng et.

3.Əgər artıq Donbas hövzəsinə “düşübsənsə”, Ukraynadan kömək üçün xahiş et.

“Bunları etsən, sağ qalacaqsan, ailənin yanına qayıdacaqsan. Xatırla: həqiqət sənin tərəfindədir. Bu, sənin müharibən deyil”, - təlimatda deyilir.

Xatırladaq ki, mayın 16-da rusiyalı hərbçilər - Aleksandr Aleksandrov və Yevgeni Yeroveyev “Aydar” könüllü batalyonun döyüşçüləri tərəfindən Luqansk vilayətində tutulub. Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentina Nalivayçenko onları Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə cinayət məsuliyyəti gözlədiyini deyib.

Nalivayçenko bildirib ki, saxlananlar Rusiya Silahlı Qüvvələrinin Əsas kəşfiyyat məntəqəsinin xüsusi təyinatlı 3-cü briqadasında xidmət edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm