“Ukraynadakı böhran bütün bölgəyə təsir edə bilər”- Ərdoğandan xəbərdarlıq (Yeniləndi)
Bizi izləyin

Dünya

“Ukraynadakı böhran bütün bölgəyə təsir edə bilər”- Ərdoğandan xəbərdarlıq (Yeniləndi)

Bu gün axşam saatlarında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti arasında gərgin telefon danışığı olub.

Dünən Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, telefon söhbətində Ukraynadakı vəziyyət müzakirə olunub.

Baş nazirlikdəki mənbələrin məlumatına görə, 25 dəqiqə davam edən görüş R.T.Ərdoğanın istəyi ilə baş tutub.

“Baş nazir Ərdoğan ölkədəki böhranın həll edilməsinin ilk növbədə ukraynalıların vəzifəsi olduğunu ifadə edərək ölkədəki qeyri-sabit vəziyyətin bütün bölgəyə mənfi təsir edəcəyini bildirib. Baş nazir böhranın həllində beynəlxalq hüquq və dövlətlərarası əlaqələrin təməl prinsiplərinin rəhbər tutulmasının əhəmiyyətli olduğunu ifadə etdi. Ərdoğan Krımdakı tatar və rusların ukraynalılarla birlikdə sülh içində yaşamasını təmin edəcək mühitin yaradılmasının vacibliyini vurğulayıb”, - məlumatda deyilir.

Türkiyənin Avropa Birliyi naziri Mövlüd Çavuşoğlu isə Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunski ilə görüşüb. M.Çavuşoğlu Türkiyə və Ukraynanın stareji ortaq olduğunu xatırladıb.

Korsunski Ukraynadakı vəziyyətin çox gərgin olduğunu qeyd edərək “Krımda çox sayda Rusiya hərbçisi var. Türkiyədən böyük gözləntilərimiz var. ABŞ, Çin, Avropa İttifaqı, böyük yeddilik ölkələri bizi dəstəkləyir” deyib.

Ömər Dağlı

2014-03-04 21:54:24

Putinlə Ərdoğan arasında telefon danışığı olub: "Ukraynanın daxili işlərinə qarışmayın"

Bu gün axşam saatlarında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti arasında gərgin telefon danışığı olub.

Publika.az xəbər verir ki, iki lider Krımda baş verənləri müzakirə ediblər. Ərdoğna Putini inandırmağa çalışıb ki, Ukraynada baş verənlər ölkənin daxili işidir və kənar müdaxilə daha ciddi problemlər yaradacaq.

O qeyd edib ki, Krımdakı gərginlik beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm