Bağdadi Ramadidən sonrakı hədəflərini açıqladı
Bizi izləyin

Dünya

Bağdadi Ramadidən sonrakı hədəflərini açıqladı

İŞİD terror təşkilatı bu gün Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia olunan bir səs yazısı yayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilata yaxın internet saytlarında yerləşdirilən səs yazısında Anbar vilayətinin inzibati paytaxtı Ramadidəki döyüşdən danışılır.

İŞİD lideri Ramadidən sonrakı hədəflərin Bağdad və Kərbəlada olduğunu bildirib.

Qeyd edək ki, İŞİD-in artıq mərkəzini ələ keçirdiyi Ramadi şəhəri paytaxt Bağdadın 112 kilometrliyində yerləşir. Ramadidən təxminən eyni uzaqlıqda yerləşən Kərbəla şəhəri şiə məzhəbinin müqəddəs məkanlarından sayılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm