“Stratfor”: “Rusiya Vaşinqtondan bir neçə əsas güzəştə nail olmaq istəyir”
Bizi izləyin

Dünya

“Stratfor”: “Rusiya Vaşinqtondan bir neçə əsas güzəştə nail olmaq istəyir”

ABŞ dövlət katibi Con Kerri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Rusiyaya səfərləri Vaşinqtonun Moskva barəsində taktikanın dəyişdiyini nümayiş etdirir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinin Rusiyaya səfərlərini şərh edən “Stratfor” kəşfiyyat-analitik mərkəzi yazıb.

Analitik mərkəz qeyd edir ki, Vaşinqton ötən həftə “qayıq diplomatiyası”na müraciət edib və Ukrayna böhranının nizama salmasında öz rolunu artırmaq arzusunu göstərib. Mərkəzin analitikləri qeyd edirlər ki, Amerikanın rəsmi şəxslərinin Ukraynanın baş naziri Arseniy Yasenyuk və Ukrayna prezidenti Pyotr Poroşenko, həmçinin Rusiya tərəfi ilə görüşməsi Vaşinqtonun Ukrayna böhranının həllində daha yaxından iştirakda maraqlı olduğunu göstərir.

“Kerri və Nulandın Rusiyaya bu yaxınlarda səfəri onu göstərir ki, Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi daha elastik olur. Səfərlər ona işarədir ki, Vaşinqton Ukrayna böhranı üzrə dialoqun daha əhəmiyyətli iştirakçısı olmaq istəyir və “Norman dördlüyü”nün iştirakçıları ilə güzəştli qərarların müzakirəsinə hazırdır”, - “Stratfor”un ekspertləri qeyd edir.

Analitiklər hesab edirlər ki, Rusiya Vaşinqtondan bir neçə əsas güzəştə nail olmaq istəyir: “Birincisi, Moskva Ukraynada Amerika hərbi təlimatçılarının olmasından narahatdır və ABŞ-dan zəmanət gözləyir ki, Amerika hərbçilərinin "Ukrayna missiyası" uzadılmayacaq və ya genişləndirilməyəcək. İkincisi, ittifaqın şərq sərhədlərində - Polşa, Rumınıya, Bolqarıstan və Baltikyanı ölkələrdə ABŞ və NATO-nun fəallığının dayandırılması Kremlin digər əsas tələbidir. Ehtimal etmək olar ki, ABŞ Ukraynadakı hərbi təlimatçıların missiyası məsələsində güzəştə getmək istəmir. Amma Ağ Ev Kiyevə silah verməkdən qaça bilər. Bu, Ukraynanın hərbi potensialını artıra bilərdi”.

Sanksiyaların ləğvinə gəlincə, məqalədə deyilir ki, Vaşinqton güzəştə getməyə hazırdır. Mərkəzin analitikləri qeyd edirlər ki, Vaşinqton və Kreml arasında danışıqların tam seriyasının keçirilməsi Ukrayna böhranının sona çatdığı anlamına gəlməsə də, ABŞ Rusiya ilə danışıqlara və güzəştlərin axtarışına hazır olduğunu göstərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm