Torpaq sürüşməsi nəticəsində onlarla insan həlak oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Torpaq sürüşməsi nəticəsində onlarla insan həlak oldu - FOTOLAR

Kolumbiyanın şimal-qərbində baş verən torpaq sürüşməsində 50-dən çox insan ölüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin sayı getdikcə arta bilər.

Torpaq sürüşməsinə səbəb isə günlərlə yağan yağışlar olub. Yağış nəticəsində Antokiya əyalətində Liboriana çayının səviyyəsi qalxıb və sahildən kənara çıxıb. Yerli mətbuatın verdiyi məlumata görə, sürüşmə Santa-Marqarita kəndini tamamilə məhv edib.

İnsanları xilas etmək üçün Kolumbiya ordusunun 160 hərbiçisi cəlb olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm