İŞİD hökumət tərəfdarlarını öldürüb Fərata atır
Bizi izləyin

Dünya

İŞİD hökumət tərəfdarlarını öldürüb Fərata atır

İraqın Ramadi şəhərini ələ keçirən İŞİD terror təşkilatının döyüşçüləri ev-ev gəzərək hökumət tərəfdarlarını axtarır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı ələ keçirdiyi hökumət tərəfdarlarını öldürərək cəsədlərini Fərat çayına atır.

Məlumata görə, şəhərdən son günlər 25 min nəfər qaçıb. İranın dəstəklədiyi minlərlə şiə döyüşçünün şəhəri geri almaq üçün Ramadinin şərqində toplandığı bildirilir. İŞİD döyüşçülərinin də şiə döyüşçülərinə doğru irəlilədiyi deyilir.

Ramadidən gələn xəbərlərə görə, şəhərin küçələri tamamilə boşdur. İnsanların yemək tapmaq üçün sürətlə çölə çıxaraq evlərinə qayıtdığı bildirilir.

Ölkənin ən böyük vilayəti olan Anbarın böyük bir hissəsini ələ keçərən İŞİD son əməliyyatlarla bağlı görüntüləri dərc edib. Görünüşlərdə İŞİD silahlılarının Ramadi şəhərin ətrafını necə mühasirəyə aldığı və addım-addım necə irəlilədiyi görünür.

İŞİD-in hücumu zamanı İraq ordusunun 1600 hərbçidən ibarət səkkizinci diviziyanın qaçdığı xəbər verilir. Məlumata görə, terror təşkilatı İraq ordusunun qoyub qaçdığı onlarla tank, top və digər hərbi texnikaları ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm