İsveç Aralıq dənizində miqrantlarla bağlı problemin həlli yollarını axtarır
Bizi izləyin

Dünya

İsveç Aralıq dənizində miqrantlarla bağlı problemin həlli yollarını axtarır

Rəsmi Stokholm Aralıq dənizində miqrantlarla bağlı problemlərin həlli yollarını axtarır.

Aralıq dənizində miqrantların qanunsuz daşınmalarına qarşı mübarizə problemlərinin həlli beynəlxalq hüquq prinsiplərinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır.

Bu sözləri İsveç XİN-in başçısı Marqot Valström Brüsseldə Aİ-nin Xarici İşlər üzrə Şurasında iştirakından əvvəl səsləndirib.

Aİ Şurası Avropa İttifaqının üzvü olan ölkələrin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçirilir. Onun yekunlarına görə, Aralıq dənizində miqrantların qeyri-leqal daşınmasına qarşı birgə mübarizəsi planının təsdiq olunması gözlənilir. Aİ-dən Şərq və Cənub istiqamətində təhlükəsizlik məsələləri görüşün başqa bir mövzusudur. Məsələlərin müzakirəsində NATO-nun Baş katibi iştirak edir.

Marqot Valströmun jurnalistlərə müsahibəsində bildirib ki, XİN başçılarının görüşünün məqsədlərindən biri istiqamətin müəyyənləşdirilməsi və gələn həftə qərar qəbul edilməsidir.

Xarici siyasət idarəsinin başçısının sözlərinə görə, İsveçin, eləcə də Aİ-nin üzvü olan digər ölkələrin bu əməliyyatda iştirak etməsi üçün onlardan konkret nə tələb olunduğunu bilmək lazımdır. Bu məsələ ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərar qəbul edilməlidir.

İsveç xarici işlər naziri jurnalistlərə bildirib ki, Avropa ölkələri BMT-nin problemin həlli ilə bağlı qətnamə qəbul edəcəyinə ümid bəsləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm