• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şiə din alimi İŞİD-i təhdid etdi

  • Dünya
  • 20 May 2015 07:12
  • 661 Baxış
Şiə din alimi İŞİD-i təhdid etdi

İraqlı şiə din alimi Mukteda es-Sadr Bağdad, Nəcəf və Kərbəla şəhərlərinə girəcəyini söyləyən İŞİD terror təşkilatına xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, din adamı bunu deyənlərin dünyada qəbrini, axirətdə isə atəşdəki yerini hazırlamalı olduğunu bildirib.

“Müqəddəslərimizə əl uzadacağı halda, İraq torpaqlarını onların çürümüş cəsədləri ilə doldurarıq”, - Mukteda es-Sadr deyib.

Qeyd edək ki, İŞİD terror təşkilatı bu gün lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia olunan bir səs yazısını dərc edib. İŞİD lideri Ramadidən sonrakı hədəflərin Bağdad və Kərbəlada olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR