Ekspert: “Rusiya buranın xəzinələr adası olduğunu düşünürdü”
Bizi izləyin

Dünya

Ekspert: “Rusiya buranın xəzinələr adası olduğunu düşünürdü”

“Rusiya tərəfindən ilhaq olunan Krım onun üçün çox ağır yükə çevrilir”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri krımlı blogger, siyasi ekspert Liza Boqutski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya üçün Krım bir adadır. Çox güman ki, Rusiya buranın xəzinələr adası olduğunu düşünürdü. Amma məlum oldu ki, Krım qulpsuz çamadandır və bu çamadanı daşımaq Rusiya olduqca ağırdır”, - o, bildirib.

Krımın Ukraynanın nəzarəti altına qaytarılması yollarına gəlincə, Boqutski vurğulayıb ki, Ukrayna heç bir halda qan tökməyəcək və Krıma silahla daxil olmayacaq: “Düşünürəm ki, Rusiyanın Krımdan çəkilməsi savadlı qərar olacaq. Fikrimcə, Krımın qaytarılmasına imkan yaradan əsas amil maliyyə olacaq”.

“Rusiyanın özünü hazırkı sərhədlər çərçivəsində saxlaması maliyyə baxımından olduqca çətin olacaq. Dövlət Dumasında Şərqi Sibirin uzunmüddətli icarəyə verilməsi və xarici investorların Rusiya ərazisinə gömrüksüz daxil olmasına icazə verilməsi ilə bağlı sənədlər hazırlanır”, - Liza Boqutski sonda vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm