Kənan Evrenin mirası 8 ildir satılmır - FOTO
Bizi izləyin

Dünya

Kənan Evrenin mirası 8 ildir satılmır - FOTO

Bu yaxınlarda müalicə aldığı xəstəxanada dünyasını dəyişən Türkiyənin 7-ci prezidenti Kənan Evrenin satışa çıxarılan 6 otaqlı lüks villası satılmır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, işgəncələr və edamlarla xatırlanan keçmiş prezidentin 1986-cı ildə Türkiyənin Muğla vilayətinin Marmaris mahalında aldığı ərazidə tikdirdiyi villaya 8 ildir müştəri tapılmır.

Məlumata görə, Evren villanın layihəsini özü çəkib və tikintisinə birbaşa nəzarət edib. O, üç mərtəbəli, 6 otaqlı və 2 salonlu villasının xərcini gizlədib.

Keçmiş prezidentin 1992-ci ildən 2007-ci ilə qədər yaşadığı villa həmin il 1 milyon avroya satışa çıxarılıb. Ancaq onun ən yaxın dostları belə villaya yaxın durmayıb. Buna görə də villanın qiyməti 800 min avroya qədər endirilib. Buna baxmayaraq, villa 8 ildir ki, satılmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm