Dünya
Krımda rus əsgərləri ilk dəfə müsahibə verdi - VİDEO
Rusiya silahlı qüvvələrinin əsgərləri Ukraynada, konkret olaraq Kerçdə ələ keçirdiyi hərbi hissənin qabağında ukraynalı jurnalistlərin suallarını cavablandırıb.
"Siz hansı ordunun əsgərlərisiz" sualına rus əsgəri "Özünüz
tapın" cavabını verib. Ukraynalı jurnalist isə yenidən sualı təkrar
edərək, ondan dəqiq cavab istəyib. Rus əsgəri isə ona sualla cavab
verib: "Siz haradan gəlmisiniz?".
Qarşı tərəf isə "Biz ukraynalı jurnalistlərik!" deyərək, əvvəl
verdikləri suala cavab istəyiblər.
- Biz Rusiyadanıq.
- Rusiya əsgərləri Ukrayna ərazisində nə edirlər?
- Biz ona görə burdayıq ki, Ukraynada heç bir terror hadisəsi
olmasın.
- Sizə kimsə bu haqda informasiya verib ki, burda terror
olacaq?.
- Yox. Sizin burda çəkiliş aparmaq hüququnuz yoxdur.
- Biz müstəqil ölkənin azad jurnalistiyik. Ona görə də ölkənin
istənilən yerində çəkiliş aparmaq hüququmuz var.
- Bizə sizə cavab verməyə icazə vermirlər.
- Onda deyin görək, burda neynirsiz? Bura neçə silah və əsgərlə
gəlmisiniz?
- Mən sizə yenə deyirəm ki, burda çəkilş aparmaq olmaz.
Yaxınlaşırsız, qəribə-qəribə suallar verirsiniz.
- Sizin paltarlanızda nəyə görə, heç bir nişan yoxdur. Hansı
ölkənin əsgərlərisiz. Rusiyanın yoxsa Ukraynanın?
- Rusiyanın.
- Onda Ukraynanın ərazisində neynirsiz? Heç olmasa buna cavab verə
bilərsinizmi?
Rus əsgər bu suala cavab verməyərək, arxasını jurnalistlərə
çevirib...
/anspress/
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO