Poroşenkodan acı etiraf: “Putinə etibar etmirəm, amma...”
Bizi izləyin

Dünya

Poroşenkodan acı etiraf: “Putinə etibar etmirəm, amma...”

“Yayda rusmeyilli güclərin yeni hücumu gözlənilə bilər”.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko BBC-yə müsahibəsində bildirib.

“Düşünürəm ki, biz rusmeyilli qüvvələrin hücumuna yenə hazır olmalıyıq. Amma biz təxribat üçün onlara ən kiçik şansı belə vermirik. Hücuma görə məsuliyyət tamamilə onların üzərinə düşəcək”, - Poroşenko deyib.

Ukrayna prezidenti həmçinin vurğulayıb ki, rusiyalı həmkarı Vladimir Putinə etibar etmir. Amma o, başqa seçimin də olmadığını dilə gətirib. Poroşenko Donbasın hərbi vasitələrlə azad olunmasının da istisna edildiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm