Erməni katolikosu Ankaranı hədələdi: “10 milyonluq diasporla...”
Bizi izləyin

Dünya

Erməni katolikosu Ankaranı hədələdi: “10 milyonluq diasporla...”

Böyük Kilikiya Evinin katolikosu I Aram Türkiyə Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddiadan danışıb.

Publika.az xəbər verir ki, I Aram ”The New York Times” nəşrinə müsahibəsində bunun “birinci rəsmi addım” olduğunu deyib.

Onun sözlərinə görə, iddianın əsas hədəfi ötən əsrdə erməni kilsəsindən “alınan” təsərrüfat ərazilərini geri qaytarmaqdır. I Aram qeyd etdi ki, əgər Türkiyənin məhkəmə səlahiyyətləri iddianı rədd edərsə, bu, Türkiyə və 10 milyonluq erməni diasporu arasındakı münasibətləri daha da gərginləşdirəcək.

“Bu, birinci qanuni addımdır. Bütün kilsələri, monastırları və nəhayət, şəxsi əmlakı qaytarmaq istəyirik. Biz addımbaaddım irəliləməliyik”, - o deyib.

Katolikos qeyd edib ki, məhkəmə iddiasını təqdim edərkən hüquq müdafiəçiləri, həmçinin türklərlə məsləhətləşiblər. O, Türkiyə Konstitusiya Məhkəməsindən hələlik cavab olmadığını bildirib.

Beynəlxalq hüquq üzrə erməni eksperti Payan Axavan deyib ki, əgər türk məhkəməsi iddianı rədd edərsə, Avropa Məhkəməsinə müraciət olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm