Dünya
Rüşvət qalmaqalında adları hallanan sabiq nazirlərin toxunulmazlığı ləğv oluna bilər
İstanbul prokurorluğu rüşvət qalmaqalında adları hallanan sabiq nazirlərin - daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib.Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, İstanbul prokurorluğu müraciəti fevral ayının 28-də Türkiyə parlamentinə təqdim edib.
Keçən il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub.
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və
narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin
korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa
İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri
Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan
Bayraqdarın adı hallanırdı.
Bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru
Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.
Daha sonra fevralın 28-də Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."