Rusiyadan İrəvana “Ukrayna ssenarisi” xəbərdarlığı
Bizi izləyin

Dünya

Rusiyadan İrəvana “Ukrayna ssenarisi” xəbərdarlığı

Mayın 21-i və 22-də Avropa Birliyinin liderləri və şərq tərəfdaşları ölkələri rəhbərlərinin iştirakı ilə Riqada “4-cü Şərq Tərəfdaşları Sammiti” keçiriləcək.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” layihəsi 7 may 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus və Avropa İttifaqı tərəfindən razılaşdırılıb. Layihə Avropa Birliyinin bu altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib. Adıçəkilən ölkələrdən üçü - Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişini imzalayaraq xarici siyasət kursunu müəyyənləşdiriblər. Belarus və Ermənistan isə Putinin “Yeni SSRİ”si hesab olunan Avrasiya İttifaqının üzvləri olduğu üçün hesab etmək olar ki, bu ölkələr də seçimini ediblər. Azərbaycan isə bu prosesə qoşulmaq niyyətində deyil. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq proqramını davam etdirmək niyyətindədir. Bu, əsasən iqtisadi sahələri əhatə edəcək. Buraya Avropa bazarlarına Azərbaycan neftinin çıxarılması, eləcə də ikitərəfli ticarət dövriyyəsinin genişlənməsi məsələləri daxildir. Avropa Birliyi ilə daha yaxın əlaqələrə girişmək və yaxud gələcəkdə üzvlüyə aparan bir yol xəritəsi üzərində razılığa gəlmək Azərbaycanın bugünkü planlarına daxil deyil.

“Şərq Tərəfdaşlığı” proqramına iştirak edən digər ölkələrdən fərqli olaraq, Ermənistanın konkret siyasi xarici siyasət kursu bəlli deyil. Bir sözlə, İrəvan hər iki stolda oturmaq niyyətindədir. Bu mümkün olacaqmı?

Publika.az xəbər verir ki, Riqadakı sammit ərəfəsində Ermənistanın “Lragir” nəşri rusiyalı ekspertlərlə İrəvanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasının mümkünlüyünü şərh edib.

Rusiya “Şimal-Cənub” Siyasətşünaslıq Mərkəzinin direktoru Yuliya Yakuşeva qeyd edib ki, Ermənistan praqmatik maraqlar baxımından Rusiya ilə ittifaq münasibətlərində öz iqtisadi inkişafını və təhlükəsizliyi təmin etmək barədə qərar qəbul edib. Ekspert iddia edir ki, Moskva heç vaxt KTMT və Avrasiya İttifaqındakı müttəfiqlərin üzərində konkret öhdəliklər qoymayıb və xarici siyasət kursunun həyata keçirilməsində onların müstəqilliyini məhdudlaşdırmayıb. İnandırıcı gəlməsə də, rusiyalı ekspert hesab edir ki, Rusiya seçimi tamamilə Ermənistanın öhdəsinə buraxıb.

“Yeri gəlmişkən, Rusiyanın rəsmi şəxsləri heç vaxt paralel olaraq Avropa Birliyi və Avrasiya İttifaqı ilə əməkdaşlığın mümkünsüz olduğunu bildirməyib. Əksinə, həmişə Lissabondan Vladivostoka qədər vahid iqtisadi məkanın yaradılmasını təklif edib. Əksinə, iki layihənin inteqrasiyanın qeyri-mümkünlüyü haqqında bəyanatları Avropa siyasətçiləri dəfələrlə səsləndirib. Məhz 2013-cü ildə Avropa tərəfinin mövqeyi Ermənistanla assosiasiya üzrə dialoqun davamını qeyri-mümkün etdi”, - Yuliya Yakuşeva deyib.

Onun sözlərinə görə, Ermənistan və Avrasiya İqtisadi İttifaqının digər ölkələri üçün ittifaqın mövcudluğu və inkişafının məqsədəuyğunluğu əvvəlki kimi qalır.

Rusiya Strateji Modelləşmə Mərkəzinin vitse-spikeri Qriqori Trofimçuk bildirir ki, əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmasaydı, onu Ukraynanın taleyi gözləyə bilərdi. Rusiyalı ekspert hesab edir ki, bu sxem “Şərq Əməkdaşlığı” proqramının bütün iştirakçıları üçün keçərlidir.

“Moskva Ukraynanın nümunəsində bunu kifayət qədər aydın nümayiş etdirdi. Düşünürəm ki, Ermənistan assosiativ razılaşmanın iqtisadi hissəsini imzalaya bilməz, siyasi hissəsindən ümumiyyətlə danışmıram. Bu, Avrasiya İqtisadi İttifaqında ziddiyyətlər doğura bilər”, - Qriqori Trofimçuk vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm