Çin nefti tankerləri üçün süni boğaz yaradır
Bizi izləyin

Dünya

Çin nefti tankerləri üçün süni boğaz yaradır

Çin Yaxın Şərqdən neftin idxalını asanlaşdırmaq üçün alternativ marşrut açır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin Cənubi Tailand üzərindən Cənubi Çin dənizi ilə Hind okeanı arasında süni bir boğaz tikməyi planlaşdırır.

Layihənin təxminən 10 ilə həyata keçirilməsi planlaşdırılır. Süni boğazın tikilməsindən sonra Çinin neft tankerləri Malakka boğazından keçmək məcburiyyətində qalmayacaq. Malakka boğazı hazırda Yaxın Şərqdən gələn neft tankerlərin yeganə keçiş xətti olduğu üçün çox böyük strateji əhəmiyyətə sahibdir.

Tailandın üzərindən layihənin tamamlanması ilə alternativ marşrut olacaq, eyni zamanda neftin daşınma müddəti daha 1 həftə qısalacaq və xərclər böyük miqdarda azalacaq.

Amma bəzi tailandlı səlahiyyətlilər Tailand hökuməti ilə Çin arasında belə bir boğaz razılaşmasının imzalandığı barədə iddiaları rədd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm