• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Putinin cazibədar əmisi qızı” seçkilərdə ona güvənir - FOTO

  • Dünya
  • 21 May 2015 07:31
  • 1 018 Baxış
“Putinin cazibədar əmisi qızı” seçkilərdə ona güvənir - FOTO

İtaliyalı gözəl Adelina Putin yerli seçkilərdə qələbə qazanmaq üçün soyadından fəal şəkildə istifadə edir.

Publika.az “The Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə eyni soyadı daşıyan qız gələn həftə İtaliyanın şimalında yerləşən Veneto vilayətində keçirilən seçkilərdə iştirak edəcək.

İtaliya mətbuatı Adelinanı “Putinin cazibədar əmiqızısı” adlandırır. “The Daily Telegraph”ın yazır ki, qızın seçki kampaniyası üçün seçdiyi şüar da onun Putin soyadından faydalanmaq istədiyini göstərir: “Əgər siz Putinə səs vermək istəyirsinizsə, indi sizdə belə bir imkan var”.

“Biz Rusiya prezidenti ilə uzaq qohumlarıq. Soyadım həmişə xoşuma gəlib, amma Vladimir Putin səhnəyə çıxandan sonra bu soyad daha çox xoşuma gəlməyə başlayıb. Yaxınlarım da aşkar etdilər ki, mənin onunla çox oxşarlığım var”, - Adelina Putin İtaliya mətbuatına deyib.

Adelina Putin həmçinin vurğulayıb ki, Rusiya prezidentində əsl lider xarakteri var: “Bizə İtaliyada həqiqətən hər hansı Putin çox lazımdır, kişi və yaxud da onun qadın tipi. Əslində bizə İtaliyanın son 40 ildəki yaralarını sağaltmaq üçün ən azı yeddi Putin lazımdır. Ola bilsin ki, Putin bir az diktatora oxşayır, ancaq o, böyük insandır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR