İsrail “avtobus qadağası”nda geri çəkildi
Bizi izləyin

Dünya

İsrail “avtobus qadağası”nda geri çəkildi

İsrail ilə İordan çayının qərb sahili arasında hərəkət edən avtobuslarda fələstinlilərlə yəhudilərin birlikdə səyahət etməsinə qadağa qoyan Təl-Əviv geri addım atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qaydanın icrası qeyri-müəyyən müddətə təxirə salınıb.

İsrail mediasının verdiyi xəbər görə, bu barədə qərarı müdafiə naziri Moşe Yaalon vermişdi. Bu gündən icrasına başlanacaq qərar 3 ay müddətində İordan çayının qərb sahilindən İsrailə gündəlik işləməyə gedən fələstinlilərə şamil edilməli idi.

İsrail Müdafiə Nazirliyinin bu cəhdi bir çox hüquq müdafiəçisi tərəfindən sərt qarşılanmış və “irqçilik” olaraq xarakterizə olunmuşdu. Bəzi radikal yəhudi cəmiyyətləri isə bu qərarın həmişəlik icrasını tələb ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm