"Detektiv" qadının xəyanətkar ərinə müdhiş planı
Bizi izləyin

Dünya

"Detektiv" qadının xəyanətkar ərinə müdhiş planı

Türkiyədə həyat yoldaşı tərəfindən aldadılmasından şübhələnən bir qadın ərinə detektivlərə xas bir plan qurub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, 36 yaşındakı memar S.K. ilə həyat yoldaşı A.K. arasındakı münasibətlər S.K. gecə həyatı sürdüyü üçün pozulub.

Qadın şübhələndiyi ərinin “Facebook” səhifəsindəki şifrəsini qıraraq aldadıldığını öyrənib. O, ərinin boşanma tələblərinə isə “təzminatsız boşanmaram” deyərək mənfi cavab verib. A.K. ərinin hər fürsətdə təzminatı ödəyəcək vəziyyətdə olmadığını bildirməsindən sonra planını həyata keçirməyə başlayıb. O, xaricdə yaşayan bacısından aldığı “böcək” adlı kameranı atası ilə gəzintiyə çıxan azyaşlı oğlunun paltarına yerləşdirib.

Görüntü və səs qeydinin köməyilə ərinin sevgilisi ilə görüşdüyünü sənədləşdirən dedektiv qadın xəyanət dəlillərini məhkəməyə təqdim edib. Nəticədə qadın məhkəmə vasitəsilə 30 min lirə təzminat qazanıb və boşanaraq atasının evinə köçüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm