Dünya
İncildə xəbər verilən “bəla” İsrailə yaxınlaşır - FOTO, VİDEO
Misirin şimalındakı Sina yarmadası çəyirtkələrin hücumuna məruz qalıb. Çəyirtkələrin İsrail və Qəzza sərhəddinə istiqamətləndiyi bildirilir. Fələstin hökuməti Kənd Təsərrüfatı Nazirliyi bitkilərin mühafizəsi şöbəsinin sədri Saleh Behit Misirlə sərhəddə olan çəyirtklərin hava şərtləri səbəbindən Səudiyyə Ərəbistanına gedəcəyini iddia edib. Gözlənilməz çəyirtkə hücumlarına qarşı hazırlıq gördüklərini deyən Behit bu məqsədlə dünyanın bir sıra QHT-ləri ilə əməkdaşlıq etdiklərini, təhlükəyə qarşı dərmanlama işləri apardıqlarını açıqlayıb.
Çəyirtkələrin intensiv hücumu İsraildə ajiotaj
yaradıb. Belə ki, hadisənin müqəddəs İncildə xəbər verilən
bəlalardan olması yəhudiləri qorxuya salıb. Çəyirtkələrin hücumu
“yəhudilərin firovunun zülmündən qurtuluş günü”nü qeyd etdiyi
“Pasxa” bayramının ertəsi günə təsadüf etməsi İsrail
ictimaiyyətində bunun İlahi işarə olması barədə fikir
yaradıb.
Qeyd edək ki, xüsusilə əkin ərazilərini təhdid
edən çəyirtkə sürüləri hücumun baş verdiyi ölkənin iqtisadiyyatı
üçün təhlükə mənbəyidir.
Xristian dininin müqəddəs kitabı İncildə
bildirildiyinə görə, yəhudiləri sürgün edən Misirə Tanrı çəyirtkə
hücumları ilə cəza verib. Çəyirtkə hücumlarının Misirə göndərilən
10 bəladan biri olduğuna inanılır.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO