İrəvan və Minskdən “Şərq Tərəfdaşlığı” bəyannaməsinə RƏDD CAVABI
Bizi izləyin

Dünya

İrəvan və Minskdən “Şərq Tərəfdaşlığı” bəyannaməsinə RƏDD CAVABI

Belarus və Ermənistan bu gün Riqada başlayacaq ikigünlük “Şərq əməkdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Publika.az “Reuters” informasiya agentliynə istinadən xəbər verir ki, İrəvan və Minskin qərarı yekun bəyannamədə Krımın Rusiya tərəfindən zəbt edilməsinin əksini tapması ilə bağlı olub.

Agentliyin məlumatında deyilir ki, Minsk və İrəvanın mövqeyinə görə, bəyannamənin güzəştli variantı hazırlanacaq. Bəyannamənin qaralama mətninə bu gün sammitdə baxılacaq.

Xatırladaq ki, “Sərq Tərəfdaşlığı” Proqramının iştirakçıları olan ölkələrdən üçü - Moldova, Gürcüstan və Azərbaycan Krımın ilhaqını ittiham edən BMT qətnaməsini dəstəkləyib. Ermənistan və Belarus isə Rusiyanın mövqeyini dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm