Avropada qasırğa fəsadlara səbəb olub
Bizi izləyin

Dünya

Avropada qasırğa fəsadlara səbəb olub

Əsasən, İspaniya və Fransa hazırda güclü küləklərdən əziyyət çəkir

Avropanın qərb hissəsində müşahidə olunan qasırğa sahil bölgələrində müxtəlif fəsadlara səbəb olub. Əsasən, İspaniya və Fransa hazırda güclü küləklərdən əziyyət çəkir.



Ötən gün İspaniyanın Kantabriko şəhərində axşam saatlarında şiddətini artıran qasırğa nəticəsində sahildə dalğaların hündürlüyü 5 metrə çatıb. Hündür dalğalar yaxınlıqda olan sədləri dağıdıb. Yolları tamamilə suyun altında qalıb. Təhlükəsizlik qüvvələri isə, fəsadların aradan qaldırılması üçün gün boyu hazır vəziyyət gözləyiblər.



Oxşar vəziyyət Fransanın Biariç şəhərində də müşahidə olunub. Burada sahil bölgəsində dalğanın hündürlüyü 4 metrə çatıb. Dalğalar sahildə yerləşən məşhur kazinolardan birinə ciddi ziyan vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm