Ruhani Azərbaycana söz verdi: "Cəzalandırılacaq"
Bizi izləyin

Dünya

Ruhani Azərbaycana söz verdi: "Cəzalandırılacaq"

İran prezidenti Həsən Ruhani Təbrizin “Traktor Sazi” və Tehranın “Naft Tehran” futbol klubları arasında oynanılan oyundan sonra verilən yanlış anonsla əlaqədar açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Təbriz şəhərinə gələn İran prezidenti yanlış anonsa görə günahkarların cəzalandırılacağını deyib.

“Traktor Sazi” yalnız Azərbaycan və Təbrizin deyil, bütün İran xalqına aid bir klubdur. Hamımızın çempion olaraq görmək istədiyi bir klubdur. Kimsə uca İran xalqının, xüsusilə qəhrəman Azərbaycan və Təbriz xalqının hisləri ilə oynaya bilməz. Bu hadisədə günahkarlar varsa, şübhəniz olmasın ki, hökumət onları cəzalandıracaq”, - Ruhani bildirib.

Xatırladaq ki, mayın 15-də yuxarıda adıçəkilən komandalar arasında Təbrizdə keçirilən oyundan sonra verilən yanlış anons qalmaqala səbəb olub. Anonsda “Sepahan” klubunun rəqibi ilə bərabərə qaldığı bildirilib. Bu halda isə “Traktor Sazi” İran çempionu adını qazanırdı. Lakin sonradan məlum olub ki, “Sepahan” 2-0 hesabı ilə qələbə qazanaraq çempion olub. “Traktor Sazi” öz meydanında eyni xala malik “Naft Tehran”la 3-3 bərabərə qalaraq ikinci yerlə kifayətlənib.

Anonsun yanlış verildiyini bilən azarkeşlər qəzəblənərək stadionun stullarını qırıb, hakimə hücüm ediblər. Nəticədə polis ilə azarkeşlər arasında ciddi qarşıdurma yaranıb və 300-ə yaxın insan yaralanıb. Hirsi soyumayan azarkeşlər Təbrizin mərkəzində İran bayrağını yandırıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm