• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Merkel Rusiyanın G7-yə yolunu bağladı

  • Dünya
  • 21 May 2015 17:24
  • 389 Baxış
Merkel Rusiyanın G7-yə yolunu bağladı

“Rusiya əsas demokratik dəyərlərə riayət etməyənə kimi onun “Böyük səkkizlik” formatına qayıdışı mümkün deyil”.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Riqada keçiriləcək ikigünlük “4-cü Şərq Tərəfdaşları Sammiti”nə yola düşməsi ərəfəsində bildirib.

“Ukraynada baş verənlər nəticəsində “Böyük səkkizlik” deyil, “Böyük yeddilik” formatında görüşürük. “Böyük yeddilik” dəyərlər cəmiyyətidir, azadlığa, demokratiyaya və qanunun aliliyinə görə birgə işdir, millətlərin hüquqları və dövlətlərin ərazi bütövlüyünə hörmətdir”, - kansler qeyd edib.

Merkel həmçinin əlavə etdi ki, “Şərq Tərəfdaşlığı” formatı Avropa Birliyinin genişləndirilməsi üçün siyasi alət deyil: “Bu layihə kiməsə, həmçinin Rusiyaya qarşı yönəlməyib”.

“Böyük səkkizlik” (G8) formatına Fransa, Böyük Britaniya, Rusiya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və Kanada daxil idi. 2014-cü ilin martında Krımın ilhaqından sonra Rusiya formatdan kənarlaşdırılıb. 2014-cü ilin iyununda Brüsseldə keçirilən sammit “Böyük yeddilik” (G7) formatında baş tutub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR