Prezident belə yaşayır – FOTOLAR
Bizi izləyin

Dünya

Prezident belə yaşayır – FOTOLAR

Uruqvay prezidenti Xose Alberto Muxika Kordano – dünyanın ən kasıb prezidentidir. O, hərbi həbsxanaya bənzəyən evində ömrünün 14 ilini keçirib. 12500 dollar məvacib alan prezident maaşının 90%-ni xeyriyyə fondlarına köçürür və birlikdə yaşadığı həyat yoldaşı ilə aylıq cəmi 1250 dollar pul xərcləyir.

Həyat yoldaşı da onun kimi spartan həyat tərzinin vurğunudur. Onun gəncliyində partizan hərəkatına qoşulduğu bildirilir.

Məlumata görə, Uruqvay prezidenti adətən qalstuk taxmır və onun qarderobunda heç bir bahalı kostyum tapmaq olmaz. O, nə cib telefonu, nə də kredit kartından istifadə edir. Amma özünün əkib-becərdiyi bir hektar torpaq sahəsi var.

Muxika Kordanonun aldığı ən bahalı əşya 1945 dollara aldığı köhnə “volkswagen Juk” avtomobilidir.

Publika.az ən sadə prezidentin fotolarını təqdim edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm