ABŞ-da fövqəladə vəziyyət elan edildi - FOTO
Bizi izləyin

Dünya

ABŞ-da fövqəladə vəziyyət elan edildi - FOTO

ABŞ-ın Kaliforniya ştatında “Plains All American Pipeline” şirkətinə aid neft kəmərində sızıntı baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ştatın Santa Barbara şəhərində baş verən hadisə ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub.

Şirkətin səlahiyyətlilərindən biri sızıntı səbəbi ilə bu vaxta qədər təxminən 80 ton neftin okeana sızdığını açıqlayıb. O, dəqiq rəqəmin bir neçə gün sonra dəqiqləşəcəyini bildirib.

Ştatın tanınmış turust bölgələrindən olan Santa Barbarada balıq ovu qadağan olunub. Okeanın neft təbəqəsindən təmizlənməsi üçün 130 nəfər ayrılıb.

Neft sızıntısı Amerika tarixinin ən böyük fəlakətlərindən biri olan və Santa Barbarada 1969-cu ildə minlərlə ton neftin okeana tökülməsi ilə nəticələnən fəlakəti yada salıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm