Türk qəzetindən Putinə rusca xatırlatma: “Soyqırım budur, Putin!”
Bizi izləyin

Dünya

Türk qəzetindən Putinə rusca xatırlatma: “Soyqırım budur, Putin!”

Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrlə bağlı erməni iddialarını “soyqırım” adlandıran Rusiya prezidenti Vladimir Putinə Türkiyədən növbəti sərt cavab verilib.

Publika.az xəbər verir ki, “Yeni söz” qəzeti rus dilində “Soyqırım budur, Putin!” başlıqlı yazısı ilə Putinə Rusiyanın tarixdə törətdikləri soyqırımları xatırladıb.

“Erməni iddialarını “soyqırım” olaraq tanıyan Rusiya prezidenti hörmətli Putindən soruşuruq: 1829-cu ildən 1900-cü ilə qədər rus əsgərləri tərəfindən 1 milyon 200 min çərkəzin qətl edilməsinin adı nədir? Bütün cəbhələrdə Osmanlının ruslara məğlub olması çərkəzlər üçün əslində fəlakətin başlanması idi. 1829-cu ildə imzalanan Ədirnə razılaşması ilə Qafqaz Rusiyaya verildi. Rusiya yüz minlərlə əsgərini Qafqaza göndərərək tarixin şahidlik etməyi vəhşiliklər etdilər. Ruslar 1 milyon 200 min çərkəzi uşaq, yaşlı və qadın demədən qətl etdi”, - yazıda qeyd edilib.

Türkiyə nəşri rusların Qafqazda törətdiyi qətliamlarla bağlı SSRİ-nin gurçu əsılli tarixçi Simon Canaşianın dediklərini xatırladıb: “Dəniz kənarında yeddi il ərzində atılmış insan sümükləri var idi. Qarğalar kişilərin saqqalları və qadınların saçlarından yuvalarını qururdular. Dəniz yeddi il ərzində qarpız kimi insan kəllələrini atıb-tuturdu. Mənim orada gördüklərimi düşmənimin belə görməsini istəmirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm