Patriarx Kirill “Saqqallı xanımlar”a qarşı çıxdı
Bizi izləyin

Dünya

Patriarx Kirill “Saqqallı xanımlar”a qarşı çıxdı

Moskva və bütün Rusiyanın patriarxı Kirill "Eurovision" mahnı müsabiqəsinin rus mədəniyyətinə zidd olduğunu bildirib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, patriarx mahnı müsabiqəsində ölkəsini təmsil edən Polina Qaqarinin qalib gələcəyi halda növbəti il Rusiyaya “saqqallı xanımlar”ın gələcəyini bildirib.

Patriarx hesab edir ki, mədəniyyətini irəli çəkmək və bütün dünyaya göstərmək üçün Rusiya özünün müsabiqələrini təşkil etməlidir. O, vətənpərvərlik və mənəvi mahnılara üstünlük verilməli olduğunu deyib.

Xatırladaq ki, "Saqqallı xanım" kimi tanınan avstriyalı müğənni Konçita Vurst ötən il Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsinin qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm